Ermənilərə mənsub olan binalar

19-cu əsrin axırında və 20-ci əsrin əvvəlində Bakıda iqtisadi inkişaf ilə birlikdə həmçinin şəhər salması böyük təkan alır. Böyük həcmlərə çatmış neftin ixracetməsi iqtisadi imkanları dəyişdirir və sənaye, yaşayış və ictimai binaların tikilməsini stimullaşdırır. Şəhərin inşaası və tikilməsi həmçinin əhali sayının artması ilə bağlı idi.

Bakının memarlıq görünüşü əsasən Peterburgda təhsil almış erməni memarlar və inşaatçıların aktiv iştirakıyla formallaşdırılıb. Bakı binalarının tikilməsi işində xüsusən memarlar G.Ter-Mikelyanın, V.Sargsyanın (Sarkisov), N.Bayevin, H.Ter-Hovhanisyanın (Kacaznuni), F.Ağalyanın, A.Qandinyanın, M.Ter-Grikoryantsın rolu əhəmiyyətlidir. Erməni memarlar Rusiyadan gələn təzə stilləri dəyişdirməklə, Bakıda memarlıq-inşaat orijinal binalar yaratdılar.

Bakı memarlığının əsasçılarından Gabriel Ter-Mikelyan 20-ci əsrin birinci rübündə tikilmiş şəhərin məşhur binalarının müəllifidir. Peterburgun Mühəndislər institutunu qurtarandan sonra o, Bakıya gedir məşhur memar İ.V.Goslavskinin emalatxanasında işə keçməklə. G.Ter-Mikelyan Bakının şəhər idarəsinin əsas binasının fasadını layihələşdirib. Onun layihəsiylə 1910-1912-ci illərdə Bakının İctimai klubunun binası (hazırda Azərbaycanın filarmoniyası), doğum evi, Tiflisin ticari bankının Bakı şöbəsinin binası (1902-1903) harada ki, indi “Uşaqlar dünyası” mağazasıdır, Ticarət məktəbi (1905-1910) tikilmişdir. Ter-Mikelyanın fəaliyyət sahələrindən biri həmçinin kilsə inşaası olmuşdur. 

Bakının 20-ci əsrin əvvəlindəki memarlıq və şəhər salma sahəsində həmçinin N.Bayevin rolu hiss ediləndir. 1911-1918-ci illərdə o, Bakının baş mühəndisi olmuşdur. Onun layihəsiylə 1913-cü ildə Mayilyanlar teatrı tikilmiş (indi Bakının opera və balet teatrı), bir sıra məktəblər, gimnaziya, Salimanovun, Şeremetevin və başqaların evləri, dəmir yolunun Sabunçu stansiyası, Semaşko adına xəstəxanası, Erməni kəndin (Armenikənd) bir məhlləsi tikilmişlər və s. 

Bakının erməni memarı V.Sargsyanın layihəsiylə neftçilər qəsəbəsində 10-dan artıq bina tikilmişdir. Memar F.Ağalyanın layihəsiylə gimnaziya, doğum evi, İşçilər evi tikilmişdir. Bakıda bir sıra binaların müəllifləri həmçinin H.Kacaznuni, M.Ter-Grikoryants və başqaları olmuşlar. Adı çəkilən memarların quruluşları bu günəcən Azərbaycan paytaxtı Bakını bəzəyir.