Bakının tarixi

Bakı qədim zamanlardan məskunlaşdırılmış olmuşdur və ilk dəfə olaraq 5-ci əsrin əsas mənbələrində xatırlanmışdır. Şəhər Abşeron yarımadasının cənubi hissəsində yerləşir və neft, habelə doğal qaz ehtiyatlarıyla zəngindir. 

Erkən orta əsrlərdə Abşeron yarımadası Şirvanın bir hissəsi olub, 7-ci əsrdə isə, ərəblərin hökmranlığı zamanı valiliyə çevrilib. 9-14-cü əsrlərdə Bakı Şirvanşah ərəb dövlətinin bir hissəsi idi. Bakı haqqında həmçinin 9-cu və 10-cu əsrlərdən xatırlanır. Xüsusən, ərəb yolçular və coğrafiyaşünaslar Al-Mükadasinin, Al-Masudun və İstahrinin buraxdığı məlumatlar Bakının neft hasilatına aiddir və şəhərdə linamın olduğunu göstərir. Bakının neft bulaqları haqqında həmçinin 13-15-ci əsrlərin ərəb və fars müəlliflər xatırlayırlar, məsələn Hamdallah Ğazvini, Abduraşid Bakuvi, Zakariya al Ğazvini, Yakut Hamavi.

Tarixi Bakının mərkəzi Manuçehr 3-cü Şirvanşahın (1120-1160/4) idarəçiliyi zamanı tikilmiş qədim şəhərin qalası olub ki, o da 15-16-cı əsrlərdə Zaqafqaziyanın məğlubedilməz quruluşlarından biri sayılırdı. 1192-ci ildə Şamaxıda baş vermiş zəlzələ səbəbiylə Şirvanşahlar öz dövlətinin paytaxtını Bakıya dəyişdirirlər və o, Şirvanın inzibatçı və siyasi mərkəzinə çevrilir. Bundan sonra yerli nefti Şərqin bir sıra ölkələrinə ixrac etməyə başlayırlar, 16-17-ci əsrlərdə isə, şəhər artıq Xəzərin dəniz ticarətinin mərkəzilərindən biri olur. 
1540-cı ildə Bakı Səfəvi İran  tərəfindən, 1580-ci illərdə isə, Osman Türkiyəsi tərəfindən işğal edilir. Bakıya gəlmiş türk yolçu və tarixçi Evliya Çelebi öz “Səyahətnaməsində” qeyd edir ki, Bakı xanlıq kimi Şirvan elayetinin bir hissəsi idi və Şamaxının limanı idi. 1723-cü ildə Bakını rus orduları Pyotr 1-cinin başçılığıyla zəbt edirlər, lakin 1735-ci ildə o İrana keçir.

1747-ci ildə Bakı eyni adlı xanlığın mərkəzinə çevrilir. 1804-1813-cü illər rus-fars müharibəsi nəticəsində cənubi-şərqi Zaqafqaziya, o cümlədən Bakı Rus imperiyasına birləşdirilir. İrana tabe olan Bakı, Quba, Dərbənd, Şirvan ya Şamaxı, Şəki xanlıqları ləğv edilir. Qeyd edilmiş ərazilərdə Şamaxı vilayəti qurulur ki, o da 1859-cu ildə başqa ad alır - Bakı vilayəti Bakı mərkəziylə. Vilayət mərkəzini Bakıya dəyişdirmək faktının şəhərin gələcək inkişafı üçün böyük əhəmiyyəti olur. Vilayət şəhərinə çevrilməklə, Bakı  sürətlə genişləndirilir və çiçəklənir. Kəndlilərin yığcam kütlələri öz yaşayışlarını təmin etmək üçün bütün Zaqafqaziyadan Qafqazın böyük sənaye mərkəzlərindən biri olan və iş gücünün ehtiyacını hiss edən Bakıya gəlirdilər. Rus hakimiyyətləri 1820-1860-cı illər ərzində Bakını sürgün yeri kimi istifadəyə götürdülər. . 

Bakı əhalisi haqqında doğru məlumatlar 19-cu əsrin axırına aiddir. 1899-cu il əhalinin siyahıya alınması məlumatlarıyla, Bakı şəhərinin ümumi sayı 182 897 nəfər təşkil edirdi. O çoxmillətli şəhər sayılırdı harada ki, ermənilərdən, Qafqaz türklərindən, ruslardan, farslardan, yəhudilərdən və gürcülərdən başqa az saylı avropalı millətlər də yaşayırdılar (polyak, isveçrəli, alman və s.) 19-cu əsrdə Bakı liman şəhəri kimi İran, Xəzər dəniz ölkələri, Çin və digər ölkələr ilə mal dövriyyəsi və ticarət münasibətlərində olmağa davam edirdi. Yalnız 1851-1860-cı illər ərzində Bakı limanına bir ildə 200 gəmi gəlmişdir. 19-cu əsrin 70-ci illərində Bakıda neft hasilatı artmağa başlayır və artıq 1901-ci ildə rekordlu miqdarda neft hasil olundu, 706 milyon put. Neft hasilatı və emal edilməsi sayyəsində şəhər neft hasil edən böyük mərkəz kimi inkişaf edir, nəinki Zaqafqaziyada, eləcə də bütün Rus imperiyasında, öz üzərinə həmçinin Avropa ölkələrinin diqqətini cəlb etməklə.

1897-1907-ci illərdə erməni istehsalçılar tərəfindən (A.Mantaşyan, Ter-Akopov, Ter-Margaryan və başqaları) dünyada birinci Bakı-Batumi neft kəməri tikilmişdir. Bakı neftinin hasilatı işində erməni neft istehsalçılarının böyük rolu var idi. 

Şəhər tarixində üç dəfə 1905-ci, 1918-ci və 1990-cı illərdə Bakıda qanlı antierməni qırğınlar törədilmişdir. 

1918-ci il sentyabrın 15-də türk orduları və onlara birləşmiş Qafqaz türklərinin qeyri-qanuni kütlələrindən ibarət dəstələr, şəhəri müdafiə edən erməni və ingilis hərbçilərin müqavimətini qırmaqla, Bakıya zorla soxulur ki, orada da yerli xristian əhalisini, əsasən erməniləri qanlı şəkildə cəzalandırırlar. Bu qırğınlar ərzində 10000-ə yaxın erməni qətlə yetirilir.
  
1918-ci il sentyabrında Bakı Azərbaycan Demokratik Respublikasının paytaxtına çevrilir, 1920-ci il aprel ayında isə, Azərbaycanın sovetləşdirməsindən sonra Azərbaycan Sovet Sosialist Republikasının paytaxtı kimi tanınır. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Bakı Azərbaycan Respublikasının paytaxtıdır.