Cizgilər

Bakı şəhərinin qədim litografiya şəkilləri 18-ci əsrin axırından və 19-cu əsrin əvvəlindən tanınmışdır. Xarici ölkələrdəki şəkilli  kitablarda və mətbuatda yer tapmış litografiya şəkilləri əsasən Bakının qədim qalasını, limanını, şəhərdə və yaxınlardakı rayonlarda mövcud olmuş atəş bütxanalarını, habelə Bakının və Abşeronun çoxmillətli əhalisinin etnografik marağı olan şəkillərini təqdim edir.