Erməni reklamları

Bakının erməni iş adamlarının və istehsalçıların aktiv fəaliyyətinin sübutlarından biri həmçinin reklamlar elanları və bildirişləridir ki, onlar da mətbuat və müxtəlif nəşriyyatların səhifələrində öz yerini tapmışdı. Bunlarda erməni iş adamlarının fəaliyyət sahələri və əsas istiqamətləri öz əksini tapmışdır, yəni müxtəlif malların istehsalı, ixrac və idxal etməsi, satışı və s. Reklamlarda Bakıda istehsal olunan, oradan ixrac edilən və idxal olunan malların demək olar ki, bütün çeşidi təmsil edilirdi. 

Reklam bildirişləri o faktı açıq-açığına göstərir ki, Bakıda rus və avropalı məşhur şirkətlərin səlahiyyətli nümayəndələri əsasən erməni iş adamları idilər.