Bakı müsəlmanları

Bakı öz tarixinin demək olar ki, bütün mərhələlərində müxtəlif millətlər və din nümayəndələriylə məskunlaşdırılmışdır ki, onun da bir böyük hissəsi müsəlmanlar, yəni farslar, tatlar, Qafqaz türkləri və başqaları təşkil etmişlər. Elmi cəhətdən sübut edilmişdir ki, 11-17-ci əsrlər ərzində Şərqi Zaqafqaziyaya, o cümlədən Bakıya gəlmiş türkdilli müxtəlif tayfalar 20-ci əsrin əvvəlinə kimi müxtəlif adlar daşıyırdı, yəni padarlar, şahsevənlər, çinlilər, cəvanşirlər, türklər, tatarlar, Qafqaz türkləri və s. Bu tayfaların gəlməsindən əvvəl müasir Azərbaycanın ərazisi ərəb yürüşləri nəticəsində islamlaşmışdı, bir sıra müsəlman feodal təşəkkültapmalar meydana çıxmışdı ki, onların da sırasında həmçinin Şirvanşahlar dövləti Bakı mərkəziylə olub. Bakıda yaşayan Qafqaz tatarları yaxud müsəlmanlar haqqında 1870-ci ildə rus qafqazşünas N.Zeydlits yazır: Bakı vilayətinin tatarları müxtəlif türk tayfalarından doğulur ki, onlar da bu rayona selçukların, monqolların, aqqoyunlu və qaraqoyunlu, türkmən tayfalarının və sefəvilərin basqınları ərzində köçmüşlər. Bu tayfa qrupları yerlilərlə qatışmaqla, Şərqi Zaqafqaziyada olduğu kimi, həm də İranın şimali hissəsində türk dilini tərtib etmişlər, türk dilinin (osman türkçəsi), kumuk dilinin, noqay və caqatay dillərinin ümumi xətləriylə. 


“Qafqaz  təqvimi” 1907-ci ildə yazır: “Bakıda, eləcə də ümumiyyətlə Bakı vilayətində Adarbaydagan tatarları üstün olur. Onlar monqol irqinə və türk nəslinə aiddir və fars dilindən təsirlənmiş dialekt ilə danışırlar.” 

1850-ci ildə Bakıya gəlmiş Sargis baş yepiskop Calalyantsın sözlərincə, “Sakinlər farslardır, eləcə də ermənilər ki, onların da evlərinin sayı yüz əlllidən artıqdır.”  1860-cı ildə şəhərin 2544 evi vardı 13300 əhalisiylə ki, ondan 589-u erməni xristianlar, 11076-sı müəslmanlar, 1635-i pravoslavlar idi. Bakı şəhərinin 1889-cu ildəki etnik-demoqrafiyasına dair məlumatlar həmçinin Tiflisdə nəşr olunmuş “Bakı və onun ətraf yerləri” kitabçasında var. Şəhər əhalisinin ümumi sayı 92600 təşkil edirdi ki, ondan şiə müsəlmanlarının sayı 39508 idi...” Bakının şiə müsəlman əhalisinin çoğu iran doğmalı tatlar olmuşlar ki, onlar da bütün əhalinin ¾-ünü təşkil etmişlər və türk diliylə yox, təzə fars diliylə danışırdılar, əhalinin ¼-ü isə, tatarlar idi. Beləliklə, 39508 şiə müsəlmanlarından  29631-i tatlar təşkil edirdilər, 9877-nin isə, türk doğması vardı. Əgər kitabçada xatırlanan o faktı hesaba alsaq ki, tatarların bir hissəsi “bu günəcən özlərini moğallar, yəni monqollar adlandırır”, onda 1889-cu ildə hazırkı Azərbaycanın paytaxtında 700-ə yaxın Qafqaz tatarı yaşayırdı ki, onlar da ümumi əhalinin 7-8 faizini təşkil edirdi. Odur ki, aydın olur ki, 19-cu əsrin 80-ci illər axırında Bakıda tatlardan sonra ikinci yeri ermənilər tuturdular. 1897-ci il yanvarın 28-dəki əhalinin siyahıya alınması məlumatlarıyla, Bakının 111904 əhalisi var idi ki, ondan müsəlmanlar, yəni tatlar, Qafqaz tatarları, farslar 39,9 faiz təşkil edirdilər. 

Bakı tarixinin gələcək dövründə, o cümlədən sovet dövründə xristianların və müsəlmanların həmnisbətliyi hiss olunacaq qədər dəyişməyib ki, onun da sübutu əhalinin siyahıya alınması məlumatlarıdır. Lakin 1988-1990-cı illərdə Bakıdan xristianların, xüsusən ermənilərin və ruscadanışan əhalinin zorla çıxarılmasından sonra vəziyyət dəyişdi və bütün bunlar nəticəsində Bakı əhalisinin əksəriyyəti hazırda azərbaycanlılar təşkl edirlər.