Erməni nəşriyyatları


1880-ci illərdə burada S.Ter-Hovhanniyanın və Aleksandr Ğasabyanın, 1890-cı illərdə isə, S.Şahbazyanın və “Aror” çapxanaları açılmışdır. Sonuncu üçün “Aramyan” hərf nişanları gətirilir ki, onun da sayyəsində təzə yüksək səviyyəli nəşriyyatlar hazırlanır, məsələn “Aror” şəkilli təqvimləri (1893-96). Çapxanalardan bir neçəsi “Aror” və Şahbazyan çapxanaları 1920-ci ilə kimi işləmişdir. 20-ci əsrin əvvəlində N.Yerevanyantsın, M.Antonyantsın, A.Tarayanın, L. Mirzoyanın, K.Xatisyanın, “Artsvaberd”, “Aramazd”, Karapetyan qardaşlarının çapxanaları qurulur. Bakıda ermənicə kitablar və dövrilər həmçinin”Trud”, “Trujennik”, “Bakı” və digər ermənilərə mənsub olmayan çapxanalarda çap olunmuşdur.
Bakının Erməni Humanitar təşkilatının səyləriylə şəhərdə həmçinin muzey yaradılmışdır ki, orada da yazılar, qədim kitablar, erməni xadimlərin arxivləri yığılmışdı. 1870-ci ildə kitabxana açılmışdır ki, onun da nəzdində 1880-ci ildən bəri oxucular zalı işləmişdir. Kitabxanada müxtəlif illərdə Şirvanzade və Leo işləmişlər. 1914-cü ildə kitabxananın 218 000 kitabı var idi, 68 dövri də alırdı. 1894-cü ildə kitabxana nəzdində ədəbi fond yaradılıb.
Ümumiyyətlə 1872-1920-ci illərdə Bakıda 300 ad kitab, dərs kitabları, soraq kitabçaları işıqlandırılıb. Bunlar əsasən müasir erməni diliylə işıqlandırılmışdır.