Ermənilərin qırğınları 1918-ci ildə

Erməni xalqına qarşı Qərbi Ermənistanda Türkiyənin proqramlaşdırdığı və yerinə yetirdiyi soyqırım Şərqi Ermənistanda və Zaqafqaziyanın ermənilərlə məskunlaşmış digər yerlərində öz davamını tapdı. Zaqafqaziyaya türk yürüşünün bir neçə məqsədi vardı: almanlar ilə birlikdə Bakı neftinin sahibi olmaq, Qafqazdan Rusiyanı kənara çıxarmaq, Zaqafqaziya, Şimali Qafqaz müsəlmanlarına birləşmək, Turan aləminə doğru yol açmaq, proqramın yerinə yetirilməsinə maneçilik törədən erməni ünsurunu ləğv etmək.

Eyni zamanda Bakıda üç real güc vardı: bolşeviklərin başçılıq etdiyi Bakı komunası, Erməni milli şurası hansı ki, erməni əhalisinin əksəriyyətinə rəhbərlik edirdi və Müsəlmanların milli şurası. Müsəlmanlar sırasında “Musavat” partiyasının nüfuzu əhəmiyyətli idi. Erməni milli şurası bir neçə dəfə Müsəlmanlar milli şurasına müraciət etdi cəbhədən qayıdan erməni hərbi xidmətçilərin evə qayıtmasını təmin etmək tövsiyyə etməklə, lakin bütün addımlar da nəticəsiz idi. 

1918-ci il mart ayı əvvəlində Lənkərandə (Azərbaycanın cənubi hissəsində şəhərdir) Vəhşi (“Vayri”) diviziyasının zabiti və varlı Tağıyevin oğlu Hacı Zeynal-Abdi intihar etdi. 

Bu hərbi bölmənin 43-48 nəfərdən ibarət silahlanmış gözətçilər dəstəsi meyiti gəmi ilə Bakıya apardı. Gəmidə gözətçilər dəstəsi bir neçə bolşevik əsgərlərini güllələdi. Diviziya dəstəsi meyiti Tağıyevə təhvil verəndə və gəmiyə enəndə, sovet hakimiyyəti onları tərksilah etdi. Bu hadisə də şəhərin müsəlmanlarını hirsləndirdi, “Musavat” isə elan etdi ki, silahları geri qaytarmamaq halında öz həmdinlərini ayağa qalxdıracaq. Komuna və “Musavat” arasında danışıqlar başlandı, Bakının üçüncü gücü Erməni milli şurası tərəfləri barışdırmağa çalışırdı. Bolşevik hakimiyyətləri və “Musavat” arasındakı danışıqlar üçün  son müddət kimi martın 17-in axşam saat 6-sı təyin edilmişdi. Lakin bu müddətə gözləməməklə, saat 5-də şəhərin müsəlman əhalisi hücum etdi. Hərbi əməliyyatlar başlandı. Silahlanmış toqquşma iki gün və gecə davam etdi və “Musavatın” məğlubiyyətiylə başa çatdı ki, onun da rəhbərlərindən biri Yelizavetpola qaçdı, bəziləri də şəhərə yaxın müsəlman kəndlərində gizləndilər. Bu ərzində Erməni milli şurası minlərlə müsəlmanlara sığınacaq verdi. Bu faktın sübutu Tiflisin “Znamya truda” qəzetinin 1918-ci il martın 29-dakı nömrəsində yerləşdirilmiş Z.Tağıyevin elanıdır. “Bakıda sakitlikdir. Bölgənin çiçəklənməsi maraqlarından çıxmaqla, mən özüm hamıya da elan edirəm ki, Bakı hadisələri erməni-tatar toqquşmaları xarakteri daşımırdı. Vuruşmalar ərzində tatarlar öz məhəllələrində yaşayan ermənilərə zərər verməyiblər. Ermənilər isə, 14 mindən artıq müsəlmanı xilas edib.” 

1918-ci il aprelin 9-da Zaqafqaziya Xalq Federativ Respulikası yaradıldı, lakin uzun yaşamadı. Bir tərəfdən Türkiyənin açıq hədəsi, digər tərəfdən Zaqafqaziya Respublikasının müsəlman əhalisinin türkpərəst mövqesi təzə yaradılmış respublikanın əsaslarını dağıtdılar: mayın 26-da Zaqafqaziyanın bölməsi haqqında elan edildi. Mayın 27-də Azərbaycan Respublikası quruldu. Türk diviziyaları Bakıya sahib olmaq məqsədiylə hərbi yürüşə başladılar.

İyulun 31-də “Qafqazın müsəlman ordusu” Nuri paşanın başçılııyla (sonuncu Qərbi Ermənistanda Erməni soyqırımını təşkil etdiyi hərbi nazir Enver paşanın əmioğlu idi) geniş əhatəli hücuma başladı.

İki ay davam etmiş müdafiədən sonra türk-azərbaycanlı orduları 1918-ci il sentyabrın 15-də səhər Bakıya daxil oldular. Üç gün və gecə şəhər işğalçıların qəddarlıqlarına və barbarlıqlarına məruz qaldı. Bu hadisələr Böyük dəhşətlər adlandırıldı. Şəhərdə qalmış bütün ermənilər qətlə yetirildi, onların var-dövləti isə, talan edildi və dağıdıldı. 

Bakı ermənilərinə qarşı törədilmiş 1918-ci il qırğınlarının dəhşətləri əcnəbi diplomatlar, hərbçilər, jurnalislər, eləcə də  bütün bunları yaşamışlar tərəfindən protokollaşdırılmışdır.

1918-ci ildəki Bakı faciəsinin tədqiqatı üçün Baxşi İşxanyanın “Bakının Böyük dəhşətləri” kitabı müstəsna mənbədir harada ki, şahid-ziyalı ətraflı məlumatlar təqdim edir:

“Üç gün dayanmadan türk əsgərlər, minlərlə yerli müsəlmanlardan ibarət quldurlar dəstələri və yaxın yaşayış ərazilərindən qaçmış kəndlilər istədiklərini ermənilərin evlərindən, mağazalarından, idarələrindən, müəssisələrindən və kilsələrindən talan edirdi və aparırdılar....”

Yəhudi yazıçı, publisist Sergey Rafaloviç 1918-ci il sentyabr ayındakı qırğınları təsvir etməklə, özünün “Bakı hadisələri haqqında həqiqət” məqaləsində yazır: “Günlər boyu böyük arabalarla və yük daşıyanlarla şəhərdən meyitlər çıxırdılar. Qırğından səkkiz gün sonra şəhərin mərkəzi və stansiyaya yaxın hissələrində meyitlərin dözülməz iyi yayılırdı. Bütünlüklə dağıdılmış mənzillərdə mən zorlanmış və öldürülmüş qadınları görmüşəm, məməyeyən uşaqların qana bulanmış meyitlərini görmüşəm...”
Bakı ermənilərinin məhv edilməsi və oradakı siyasi vəziyyət haqqında Osman imperiyasının baş qərargahının mayoru Mayr Qafqazda Alman İmperiya nümayəndə heyətinin rəhbəri general Fon Qresə 1918-ci il sentyabrın 20-də Tiflisdən göndərilmiş müraciətdə bunu təqdim edir: “Çoxsaylı ermənilər, o cümlədən qadınlar və uşaqlar məhv edilmişdir. Bir neçə min nəfər haqqında isə hələlik məlumatlar yoxdur. Yerlilər də israr edirlər ki, onların sayı mart ayında öldürülmüşlərdən daha çoxdur. Almanlar bir-birindən asılı olmayaraq 10 min sayını qeyd edirdilər...  Habelə iki almanı öldürmüşdülər və iki alman qadını zorlamışdılar (onlar imperiya tabəələri deyildilər). Elə zorakılıqlar həmçinin avstriyalılara və ruslara qarşı törədilmişdir. ..” 

Türk müəllif Essad Bey özünün “Qan və neft” kitabında yazır: “Gələcək üç günlərin şahidləri söyləyirlər ki, tarix digər belə bir qırğın göstərə bilmir. Bütün erməni evləri tədricən hücuma məruz qalırdı, sakinləri isə kəsilirdilər. Yalnız müsəlmanlar sırasında gizlənmiş ermənilər xilas ola bilirdi. Müsəlmanların tək problemi erməniləri başqalardan, xüsusən yəhudilərdən fərqləndirmək idi ki, onlar da ermənilərə bənzər idi. Çoxlu ermənilər yəhudi kimi xilas olmağa cəhd edirdilər və çoxlu yəhudilər də ermənilər yerinə qətlə yetirilirdilər. Lakin uzağı görən hökumət əmr etmişdi ki,  yəhudi kimi çıxış edənlər dərhal silahlanmalıydı ki, özünün yəhudi olduğunu sübut etsin. Üç gün ərzində səhvən yalnız bir yəhudi öldürülmüşdü. Yəhudi qızlar üçün daha zor idi kimərin ki, yəhudi olduqlarını göstərmək üçün heç bir sübutu yox idi və hökumət yəhudi qızları təhqir etmək qadağan etmişdi. Çaşmanın qarşısını almaq üçün türk ordusunda olan bir neçə yəhudi əsgərlər ekspertlər kimi işləyirdilər və öz həmvətənli qadınlarını asanlıqla xilas edirdilər.

Essad Bey öz xatirələrində o qəddarlığı təsvir edir ki, onlara da ermənilər məruz qalırdı: “....Neft şəhərinin küçələrində təkrarən qan tökdü.... Amansızlıqla kişilər və qadınlar öldürülürdülər. “Qaliblər” öz qurbanlarının bədənlərini açırdılar, onların kəllələrini əzirdilər, meyitlər üzərinə uzanırdılar, demək olar ki, qanda üzürdülər. Onlar öz qurbanlarının bədənlərini parçalayırdı, boğazlarını gəmirdilər və qanlarını içirdilər. Bir neçə yüz erməni dərhal öldürülmədi, şəhərin böyük meydanına aparıldı. İstənilən müsəlman gələ bilərdi və onları öldürə bilərdi. Qurbanlar zəncirlərlə bağlanmışdı. Qisasın sübutu kimi bəziləri hətta öz paltarlarını qanda bulaşdırırdı evdə göstərmək üçün. İkinci gün axırında paşa öz zabitlərini həmçinin talana qatılmağa icazə verdi. Hər kəs küçələrdə qətllər yetirmək öz borcunu hesab edirdi. Hətta ermənilərin bədən parçaları bu üç günlərin simvolları odu.”

C.Qayaloff özünün “Bakının qırılması” kitabında həmçinin ermənilərin üçgünlük əzablarına geri dönür: kitabın yaradılması üçün əsas kimi şahidlərin söylədikləri xidmət etmişdir və bu kitab Bakının 1918-ci il ermənilərin qırğınlarının xırdalıqları haqqında məlumat almaq üçün qiymətli materialdır. Xüsusən general Bagratuniyə yönəlmiş K.M.Evanqulovun məruzəsi mühümdür: “Talan, qətllər, zorlamalar öz zirvəsinə çatmışdır. Bütün şəhərdə  erməni əhalisinin qırğını və bütün qeyri-müsəlman əhalisinin talanı davam edir. Onlar qapıları və pəncələrləri qırırlar, zorla mənzilllərə soxulur, kişiləri, qadınları və uşaqları çıxarır və küçədə onları öldürürlər. Bütün evlərdən hücuma məruz qalmış insanların dəhşətli çığırtıları eşidilirdi. Tatarların və əsgərlərin barbar kütlələri vəhşi  səslərlə küçələrə çıxırdı təzə qurbanlar axtarmaqla. “Barduğimeos gecəsinin” dəhşətləri Bakıda sentyabrın 15-də və 16-dakı qətllər ilə müqayisə edilməzdir. Bəzi yerlərdə öldürülmüş meyitlərin dağları görünürdü və çoxluların dəhşətli yaraları vardı. Ən dəhşətli vəziyyət Suruxanskoy küçəsinin xəzinə evinin girişində idi (Treasury Lane). Bütün küçə 9-10 yaşlı uşaqların meyitləriylə örtülmüşdü. Çoxluların boğazları kəsilmiş idi, aydın idi ki, yazıqlar quzular kimi kəsilmişdilər. Telefonnaya küçəsindən biz qadınların və uşaqların haylamalarını və atəş səsləri eşitdik. Onları xilas etməyə tələsməklə, mən öldürülmüş uşaqlar üzərindən maşını sürməyə məcbur oldum. Türk polkovnik və əsgər gözlərini əlləriylə qapadılar. Onlar dəhşətli mənzərəyə baxmaqdan qorxurdular. Bu mənzərədən dəli olmuş sürücü küçədən qaçmaq istəyirdi və dərhal digər bir qanlı mənzərə görürdü. ..”